Aralıq dənizində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 14:06-da Aralıq dənizində baş verib. Zəlzələnin episentri Muğlanın Datça rayonundan 137,45 kilometr məsafədə yerləşib.
AFAD-ın açıqlamasına görə, zəlzələnin ocağı 19,87 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfatla bağlı hələlik rəsmi məlumat verilməyib.








