Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 438 nəfərə yüksəlib.
Bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb.
Nazirliyin məlumatına görə, ümumilikdə 1 406 təsdiqlənmiş yoluxma halı qeydə alınıb ki, onlardan da 73-ü son 24 saat ərzində aşkarlanıb. Xəstəlik səbəbindən baş verən ölüm hallarının göstəricisi isə 438 nəfərə çatıb.
"Tibbi yardımın göstərilməsi prosesi davam edir: 192 sağalma faktı qeydə alınıb, 609 xəstə isə təcrid olunmuş vəziyyətdə və ya stasionar müalicədə qalır", - deyə xəbərdə bildirilib.








