RU
Araq içdiyi deyilən uşaqlarla bağlı açıqlama - VİDEO
14:30
529

Araq içdiyi deyilən uşaqlarla bağlı açıqlama - VİDEO

Sosial şəbəkədə 7-11 yaş arasında olan bir qrup uşağın sprirtli icki qəbul etməsi ilə bağlı videogörüntü yayılıb.

7News.Az AzNews.az-a istinadən xəbər verir ki, videogörüntüdə uşaqlar gələcək arzularını dilə gətirir, dostlarının şərəfinə badə qaldırırlar.

Kiçik yaşlı uşaqların spirtli içki qəbul etməsini əks etdirən bu video böyük narazılıq yaradıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev bildirib ki, sözügedən videogörüntü hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır:

"Videodan görünür ki, uşaqlar tamaşa hazırlayıblar. Əllərindəki də içki deyil. Lakin onların kimliyini tapmaq hüquq-mühafizə orqanlarının səlahiyyətinə aiddir”.
 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ