RU
Argentinada 5,7 maqnitudada zəlzələ baş verib
10:40
47

Argentinada 5,7 maqnitudada zəlzələ baş verib

Argentinanın qərbindəki San-Xuan əyalətində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 447 min insanın yaşadığı San-Xuan şəhərindən 74 km şimal-qərbdə, ocağı isə 108 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ