RU
Argentinada Milei hökumətinə qarşı ilk etiraz aksiyasını keçirildi
16:11
24

Argentinada Milei hökumətinə qarşı ilk etiraz aksiyasını keçirildi


İqtisadi böhranın məngənəsində olan Argentinada minlərlə insan yeni təyin olunmuş populist Javier Milei hökumətinin qənaət və yeni iqtisadi siyasətlərinə etiraz etmək üçün küçələrə çıxıb. Bu, Milei əleyhinə ilk aksiya idi.

7NEWS.az xəbər verir ki, iqtisadi böhranın məngənəsində olan Cənubi Amerika ölkəsi Argentinada bir müddət əvvəl hakimiyyətə gələn Javier Milei hökumətinə minlərlə insanın iştirakı ilə ilk dəfə etiraz edilib. Paytaxt Buenos Ayresdə küçələrə çıxan izdiham ifrat sağçı və populist çıxışları ilə diqqət çəkən Mileinin tətbiq etməyə çalışdığı qənaət planlarına və yeni iqtisadi siyasətlərə qarşı reaksiyalarını bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ