RU
Artur Yeroyan Vazgen Sarkisyan adına Hərbi Universitetin rəhbəri təyin edilib
20:00
775

Artur Yeroyan Vazgen Sarkisyan adına Hərbi Universitetin rəhbəri təyin edilib

Artur Yeroyan yeni təyinata qədər Baş Qərargahın kəşfiyyat idarəsinin rəis müavini olub.

Ermənistan prezidenti Armen Sarkisyan Artur Yeroyanın Vazgen Sarkisyan adına Hərbi Universitetin rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sənəd dövlət başçısının saytında yerləşdirilib.
Digər sərəncamla Yeroyan respublika Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsindən azad edilib. O, bu vəzifəni 18 mart 2021-ci ildən tuturdu./Moderator.az
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ