RU
Arvadı üçün efirdə paltarlarını yırtan Kənan:
14:52
609

Arvadı üçün efirdə paltarlarını yırtan Kənan: "Zəncirlə məni, sevirəm səni" - FOTOLAR

Türkiyənin Beyaz TV kanalında yayımlanan "Yalçın Abi" verilişinə qatılan ər arvadının yoxa çıxdığını söyləyib.

7News.az "Milliyet"ə istinadla bildirir ki, arvadının itmədiyini, ondan üz döndərdiyini öyrənən Kənan Qızıldaş adlı kişi efirdə özünü itirib.

O, paltarlarını cıraraq bütün diqqətləri öz üzərinə çəkməyi bacarıb. Ağlayan ər arvadına hər kəsin gözü qarşısında yalvarıb:

"Sən olmasan, mən yaşaya bilmərəm, birdənəm. Bütün Türkiyənin qarşısında söz verirəm səni sevirəm. Özümü öldürərəm. Sən istədiyin kimi olacam. Zəncirlə məni, sevirəm səni".

 

Lakin qadın bu sözlərdən təsirlənmədən ona "yox, boşanmaq istəyirəm" deyə cavab verib.




BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ