Günorta vaxtı yolumu Səməd Vurğun parkından saldım. Ətrafda xeyli insanlar vardı. Əvvəlcə parka göz gəzdirdim. Daha sonra skamyada oturub zarıya-zarıya öz-özünə nəsə deyinən kişi diqqətimi çəkdi. Qəhvəyi gözləri, ağ bənizi, çürük dişləri və uzun saqqalı vardı. Qara geyimi toz və çirkdən ağappaq idi.
Əslən Cəlilabad rayonundan olan 58 yaşlı Ələsgər kişi (ad şərtidir- red.), başını yuxarı qaldırıb, deyinə-deyinə damağında olan siqareti barmaqlarının arasına möhkəm sıxaraq üzümə baxdı. Gözlərinin şüşə kimi soyuq baxışlarında yalvarış, dərd, ağrı vardı. Və beləcə gözlərini yollara dikib siqaretini çəkməyə davam etdi. Gördüyüm mənzərə ürəyimi ağrıtdı və mən gözlərində ağrılı-acılı taleyinin əksini tapmasını öyrənib,
7News.Az sonxeber.az-a istinadən oxuculara təqdim edirik.
- Niyə deyinirsən, nə olub?
Boğazından sürtünə-sürtünə çıxan xırıltılı səslə cavab verir:
- Görmürsən, canım ağrıyır?! 30 ildir küçələrdəyəm. Adam nə qədər küçələrdə betonun, daşın, skamyaların üstündə yatar?!
- Evin yoxdur ki?
- (Hikkə ilə) İndi yoxdur da, amma vaxtında olub. Vaxtilə evim də olub, ailəm də. Amma indi heç nəyim yoxdur. Xəstə canımla günümü küçələrdə yubadıram. Nə vaxtsa öləcəyimi gözləyirəm (kövrəlir- red.).
- Evini, ailəni niyə itirdin ki?
Sualımdan sonra xeyli üzümə baxıb susdu. Sonra onu niyə sorğu-suala tutmağımın səbəbini öyrənmək istədi. Mənsə kənardan diqqətimi çəkdiyini və həmsöhbət olmaq istəyimi bildirdim. O isə gülümsəyərək başını yelləyib söhbətə davam etdi:
- Ailəmizin sonbeşik övladı olmuşam. Atamın ölümündən sonra anam bizi min bir əziyyətlə böyütdü. Mən heç anama da layiqli övlad ola bilmədim (kövrəlir). Anam o biri qardaşlarımı evləndirib yerbəyer elədi. Sıra mənə çatanda anam yorğan-döşəyə düşdü. Ancaq mənə "evlən",- deyirdi. Mənimçün bir qız da bəyənmişdi. Amma mən öz bildiyimi etdim. Anamın dediyi qızı yox, öz seçdiyimi aldım. Elə hər şey də bundan başladı.
Bir qədər susdu... Ancaq mən söhbətdən yayınmadan sual verdim:
- Nə başladı ki?
Deyinə-deyinə cavab verdi:
- Ata yurdum Cəlilabaddadır. Anam mənə Ələt qəsəbəsindən ev aldı. Elə oldu ki, anam bir müddətlik mənimlə yaşadı. Qız anamı yola vermədi. Hər gün işdən yorğun gəlirdim. Gələn kimi də yoldaşım heç nədən evə qırğın salırdı. Anama görə heç nə deyə bilmirdim, məcbur qalıb onun qırğınına qulaq asırdım. Anam çox sakit qadın idi, yoldaşım ancaq həyasız idi. Bilirsən, anamla niyə yola getmirdi?
- Yox, bilmirəm, desən bilərəm...
- Anam təmizkar qadın idi, qız pinti idi. Elə gün olurdu ki, bizim yerimizi də anam yığışdırırdı. Uzun sözün qısası, dava-qırğınlarla bir oğlum, bir qızım oldu. Uşaqlar olandan sonra anam Cəlilabada qayıtdı. Anam bizdə olanda uşaqlarıma da baxırdı. Yoldaşım həm həyasız idi. həm də çox bezdiridi məni. Mənim qulağımı "doldururdu ki", ananı sayma, bizə gəlib getməsin. Ancaq mən onun heç bir sözünə məhəl qoymurdum. Oda bundan qıcıqlanırdı, elə bil anamın rəhmətə getməsini gözləyirmiş. Elə anam rəhmətə gedəndən sonra yoldaşım yolunu azdı. Əvvəl-əvvəl heç nə bilmirdim, ancaq yenə də davalarımız əskilmədi. Əksinə daha da şiddətləndi. Artıq söz-söhbətdən bezmişdim. Yaxşı yerdə işləyirdim, yaxşı maaş alırdım. Arvadım elə qudurmuşdu ki, özü gündə bir paltar geyinirdi. Amma mənim pal-paltarımı yumurdu. İşdən yorğun gəlirdim Allahın bir stəkan çayını da vermirdi. Bir sözlə məni kişi kimi saymırdı.
- Deyirsən ki, anam rəhmətə gedəndən sonra yolşadım yolunu azdı...
- (Əsəblə) Həəə... düz deyirəm də. Anamdan sonra yoldaşımın haqqında məhlədə artıq-əksik söhbətlər gəzdi. Bir dəfə susdum, iki dəfə susdum, axırı dözə bilmədim. Aydınlaşdırmaq istədim, axı mən kişiyəm. Dəfələrlə evdə söz açanda həmişəki kimi səsini başına atıb ecvə söz-söhbət salırdı. Məndə bezib evdən çıxırdım. Bir gün də qonşuda yaşlı qadın vardı, mən işdən gələndə qarşımı kəsdir. Xeyli söhbətdən sonra mənə dedi ki, "oğul, arvadını yığışdır! Eləsindən sənə arvad olmaz, özünə bir yol seç". Bu söz həqiqətən də mənə çox pis təsir etdı və səbəbini soruşdum. Qoca da dedi ki, "sən işdə olursan, heç nədən xəbərin olmur. Arvadın məhlədə bir neçə qonşu kişi ilə intim münasibətdə olub". Qocanın bu sözlərindən sonra elə bildim başımdan qaynar su tökdülər. Əsəbnən evə girib bu söhbətlərə son qoymaq istədim. Nə qədər əsəbi olsam da, uşaqlara görə dava-dalaş salmadım. Sakitcə yoldaşımı başqa otağa çəkib, qocanın dediklərini özündən soruşdum. Arsız-arsız özü də təsdiq elədi. Hətta artıq özünə başqa bir kişi tapdığını da dedi. Əvvəl inanmadım, yerimdə duruxub qaldım. Sonra dəli oldum, onu möhkəm döydüm. Hələ az qala öldürəcəkdim. Həmin gün evə polis çağırıb məndən izahat aldırdı və bir daha onlara yaxınlaşmayacağımı tələb etdi. Polisdən çıxıb səhəri günü işə getdim və müdirə işdən çıxmaq istədiyimi bildirdim. Müdir dostum idi, əvvəlcə razılaşmadı. Ancaq israrla getmək istədiyimi bildirdim. Nəsə, sağollaşıb birbaşa hava limanına getdim. Azərbaycandan baş götürüb Rusiyaya getdim.
- Heç övladlarınla maraqlandınmı və ya onlar səni axtardımı?
- Yox... nə onlar məni axtardı, nə də mən onlara tərəf getdim. Çünki polisdə bir daha onlara yaxınlaşmayacağımı yazmışdım.
Övladlarından danışarkən kövrəldi və dərindən ah çəkdi. Mənsə pis olduğunu görüb mövzunu dəyişdim:
- Bəs, necə oldu Azərbaycana qayıtdın?
- Kaş ki, qayıtmazdım. Kaş… (heyfslənir- red.). Heç qardaşlarım da mənə sahib çıxmadı. Hansının qapısına getdim, burnumun üstündən vurub qovdular məni (kövrəlir- red.). O gündən küçələrdə qalıram. Gecələr zibilliklərdə eşələnir, özümə yemək axtarırdım. Arada kiminsə yazığı gələndə ya pul verir, ya da həyətində iş gördürüb bir qarın yemək verir. İndi də gördüyün kimi hərədən bir siqaret, ya da bir qarın yeməyin pulunu dilənirəm. Əvvəlcə utanırdım, artıq öyrəşdim. Düz 30 ilə yaxındır ki, küçələrdəyəm.

Gözləri doldu, axan yaşları qolu ilə silib davam etdi:
- Bəlkə də anam məni belə görsəydi ürəyi partlayardı. Qardaşlarımı da, yoldaşımı da yerinə oturdardı. Bir köpək qızı axırımıza çıxdı da.
- Bəs indi harda qalırsan?
- Burda (Səməd Vurğun parkında- red.). Parklarda, tinlərdə yatmaqdan bezmişəm. Özümə gül kimi yer tapmışdım, o da əlimdən çıxdı. Başıma iş gəldi, daha qorxumdan ora getmirəm. Demək, bir dəfə gecələdiyim yerə bir cütlük gəldi. Yerlərinin olmadığını və mənimlə gecələmək istədiklərini bildirdilər. Məndə etiraz etməyib hətta həmsöhbət oldum. Həm də həmin gün yaxşı pul dilənmişdim. Onlar da söhbət edə-edə danışıb-gülürdülər, hətta mənə siqaret də verdilər. Məndə cibimdən pulları çıxarıb oğlana uzatdım ki, ac qalmayaq. Gedib bazarlıq eləsin. Bir gecəlik də olsa oturub çörək yeyək. Oğlan getdi və bir neçə dəqiqədən sonra qıza zəng gəldi. Qız durub gedəndə dedi ki, "aşağı düşüb qayıdıram". Xeyli gözlədim, heç biri qayıtmadı. İt də getdi, ip də. Sən demə, bunlar normal adam deyilmişlər, narkoman imişlər. Çünki o məsələdən sonra onlar hər geçə məni güdürdülər. Mən yatan kimi yığdığım pulları cibimdən götürüb qaçırdılar. Bir dəfə də gecənin bir aləmi bunlar qaldığım yerə gəldilər. Özümü yalandan yatmış kimi göstərdim. Qız əlini cibimə salanda, əlindən tutdum. Oğlan tez üstümə qaçdı. Yadımda qalan odur ki, ağzımı tutub, boynumu qoltuğuna sıxdı. Və qıza dedi ki, "şalvarını soyundur, götür qaç". Bilirsiniz, onlar məni lüt qoydular. Neçə gün camaat arasına çıxa bilmədim (ağlayır- red.) Bundan sonra ancaq ölüm istəyirəm.
Söhbətini bitirib, əlindəki siqaret kötüklərini bir-bir yandırıb çəkməyə başladı. Bizsə sakitcə onun yanından durub uzaqlaşdıq. Arxamızca, "siz də heç bilmədiniz mən kiməm! Tez-tez gəlin haaa", - səsləndi.

7News.Az