RU
Arvadını bıçaqlayıb öldürmək istədi
10:40
175

Arvadını bıçaqlayıb öldürmək istədi

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilib.

Prokurorluqdan 7News.Az-a verilən məlumata görə, zərərçəkmişin əri Xalid Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb. Xalid Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ