RU
Arvadını döydü, qaynını bıçaqladı
13:05
1147

Arvadını döydü, qaynını bıçaqladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əmisi oğlunu bıçaqlamaqda təqsirləndirilən Rahil Səfərovun cinayə işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Təqsirləndirilən R.Səfərov son söz ilə çıxış edərək ittiham olunduğu maddə ilə razılaşmadığını bildirib: "Mən istintaqda 126.1-ci maddəyə qol çəkmişəm. Əvvəl də bu maddə ilə cinayət işi açılmışdı. Sonra müstəntiq gəlib dedi ki, işi dağıdıram, 126.2.4-cü maddə verirəm. Amma mənim əməlimdə xuliqanlıq tərkibi, ictimai təhlükəlilik yoxdur. Mən günahımı bilirəm".

Qeyd edək ki, R.Səfərov əvvəllər məhkum olunub, 2012-ci ilin dekabrın 27-də əfvlə azadlığa buraxılıb.

Rahil Səfərov arvadı Ülviyyə ilə mübahisə edərək onun başından yumruqla vurub. Sonra Ülviyyə azyaşlı uşağını bacısıgilə aparıb. Rahil onun arxasınca ora gedəndə arvadının evdə olmadığını bilib. Bu zaman qaynı Vüsalın yaşadığı evə gedərək arvadı Ülviyyəni təkrar döyüb. Bu zaman Vüsal Rahili taparaq ondan bacısını niyə döydüyünü soruşub. Vüsal onu söyərək "oğraş" deyib. Bundan əsəbiləşən Rahil mətbəx bıçağı ilə onun qarnından vurub. Vüsal qarnını tutaraq qaçıb, Rahil də kömək üçün onun arxasıyca gedib. Sonra onu xəstəxanaya yerləşdirib və müalicə xərclərini də ödəyib. Zərərçəkən Vüsal məhkəməyə müraciət edərək qaynı ilə barışdığını bildirib.

Məhkəmənin kollegiyasının hökmü ilə Rahil Səfərovun ittiham olunduğu maddə Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilib. Ibtidai istintaqın gəldiyi nəticə əsassız hesab olunub. Rahil Səfərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun bundan öncəki məhkumluğundan ödənilməmiş hissəsi qalıb. R.Səfərovun iki azyaşlı övladı var. O, 2015-ci ilin dekabrın 16-da həbs olunub.

Zərərçəkmiş Vüsal onun, həm də əmisi oğludur./qafqazinfo

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ