RU
Arvadını ÇİPSLƏRƏ görə TİKƏ-TİKƏ DOĞRADI - FOTO
15:40
709

Arvadını ÇİPSLƏRƏ görə TİKƏ-TİKƏ DOĞRADI - FOTO

İngiltərənin Stokport şəhərində kişi arvadını soyuducuda olan çipsləri təsadüfən dondurduğu üçün öldürüb.

Bu barədə "Daily Mirror" yazır.

 

Belə ki, ötən ilin may ayında 49 yaşlı Tomas Makkann 46 yaşlı həyat yoldaşı İvonna ilə dalaşıb. Səs-küyü eşidən qonşu İvonnaya mesaj yazaraq, nə baş verdiyini soruşub. Qadın bir paçka çips üstündə münahisə etdiklərini bildirib.

Arvadını ÇİPSLƏRƏ görə TİKƏ-TİKƏ DOĞRADI - FOTOHəmin vaxt onların oğlu zəng edərək valideynlərini kəbab yeməyə çağırıb. Tomas razılaşsa da, İvonna incidiyi üçün otaqdan çıxıb. O zaman kişi arvadının telefonunu götürərək oğluna bu sözləri deyib:

"Yaxşı... Sənin atan küçə itidir, özü tək də gəzə bilər".

Yerli vaxtla saat 10:40-dan 15:42-dək Tomas evi tərk etməyib. Müstəntiqlər hesab edirlər ki, məhz həmin zaman o, İvonnanı boğub, bədənini doğrayaraq zibil torbalarına yığıb və yaxınlıqdakı parkda gizlədib.

Arvadını ÇİPSLƏRƏ görə TİKƏ-TİKƏ DOĞRADI - FOTOBundan sonra Tomas arvadın güya sağ olduğunu göstərmək üçün onun telefonundan tanışlarına və qohumlarına mesajar yazıb. O, həmçinin, öz nömrəsindən də İvonnaya yazaraq çipslərə görə danladığı üçün "üzr istəyib".

Arvadını ÇİPSLƏRƏ görə TİKƏ-TİKƏ DOĞRADI - FOTODaha sonra Tomas oğlunun yanına gedib və evə gecə 23:00-da sərxoş vəziyyətdə qayıdıb. Bir müddət keçdikdə isə o, İvonnanın yoxa çıxdığı barədə polisə məlumat verib.

Arvadını ÇİPSLƏRƏ görə TİKƏ-TİKƏ DOĞRADI - FOTOHadisədən iki gün sonra itlərini gəzdirən adamlar parkda insan qalıqlarıyla dolu 8 zibil paketinə rast gəliblər.

Arvadını ÇİPSLƏRƏ görə TİKƏ-TİKƏ DOĞRADI - FOTOTomas şübhəli şəxs qismində saxlanıldıqdan sonra dindirmə zamanı cinayəti etiraf edib və İvonnanı qışqırığı ilə onu özündən çıxardığı üçün öldürdüyünü deyib.

Arvadını ÇİPSLƏRƏ görə TİKƏ-TİKƏ DOĞRADI - FOTOQeyd edək ki, MakKann cütlüyü 24 il evli olub və üç övlad böyüdüb. Bir neçə il öncə İvonna Tomasın xəyanət etdiyini öyrənib. Lakin onun böyük qızı Reyçel Lousonun sözlərinə görə, anası yaxşı evdar qadın və gözəl ana olub. Ona görə qız baş verənlərə inana bilmədiyini deyir.

Arvadını ÇİPSLƏRƏ görə TİKƏ-TİKƏ DOĞRADI - FOTODaha öncə Tayvan sakini sinəsini böyütməkdən imtina edən arvadını öldürüb. Belə ki, 2018-ci ilin noyabr ayından münasibətləri gərginləşdiyi üçün cütlük bir müddət ayrı yaşamaq qərarına gəlib. Kişi qadından ikinci dəfə sinəsini böyütməsini tələb edib, lakin qadın imtina edib. Bu zaman ər arvadını və iki uşağını zəhərləyib öldürərək intihar edib.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ