RU
lombard
Arvadını sevgilisinin üstünə göndərdi:
17:20
591

Arvadını sevgilisinin üstünə göndərdi: "Əl çək ərimdən" deyib küçədə sürüdü - VİDEO

45 yaşlı Xədicə ərinin görüşdüyü 19 yaşlı iraqlı qadın İbdisə ilə telefonla danışaraq şəhərin mərkəzi küçəsində görüşüb, məsələni aydınlaşdırmağa qərar verib. Görüş sonda davaya çevrilib və qadınlar saçyoldusuna çıxıblar. Xədicə küçənin ortasında "ərimi əlimdən aldın” qışqırıb.
7News.Az DHA-ya istinadən xəbər verir ki, hadisə Türkiyənin Bolu şəhərində baş verib. Hadisə saat 15:30 radələrində Bolunun mərkəz küçələrinin birində baş verib. İddiaya görə, Xədicə əri Osmanın bir uşaq anası olan İraq vətəndaşı olan 19 yaşlı İbdisa ilə əlaqəsinin olduğunu öyrənib.

Evdə Xədicə yoldaşının İbdisə ilə münasibətini öyrəndikdən sonra Osman həyat yoldaşına hər şeyi etiraf edib və bildirib ki, "qadın məni tərk etmir. Telefon nömrəsini verim, gedin özü ilə danışın”. 

Bundan sonra Xədicə və qardaşı qızı Gülhan İbdisa ilə danışaraq şəhərin ən qələbəlik küçələrində birində görüşməyə razı olurlar.

Görüşdə Xədicə İbdisadan əri Osmanla  münasibətlərinə son verməyi tələb etsə də,  İbdisa bundan sonra da Osmanla görüşəcəyini bildirib. Bundan sonra tərəflər arasında mübahisə davaya çevrilib və qadınlar saçyoldusuna çıxıblar. Dava zamanı Xədicə qışqıraraq deyib: "Ərimi əlimdən aldın”.

Ətrafdakılar  qadınları güclə ayıra biliblər.

Hadisə yerinə polis və həkimlər çağırılıb. Həkimlər davadan sonra halı pisləşən Xədicəni təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıblar. İbdisə isə ifadəsinin alınması üçün polisə aparılıb. 
 



Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ