RU
Arvadını sosial şəbəkədə belə görüncə... - Dəhşətli olay
00:50
3061

Arvadını sosial şəbəkədə belə görüncə... - Dəhşətli olay

Bakının Qaradağ rayonunda qətl hadisəsi baş verib.

 Rayonun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb.

Qətli qisqanclıq zəminində törədilib.

Günelin başqa bir kişi ilə sosial şəbəkədə danışdığını öyrənən Elvin Qəhrəmanlı onunla mübahisə edib. Ər-arvad arasında mübahisə sonda cinayətlə nəticələnib.

10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Elvin Qəhrəmanlı həbs edilib.

Faktla bağlı cinayət işi başlanıb./teleqraf.com

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ