Türkiyənin Isparta rayonunda arvadının xəyanət etdiyindən şübhələnən Əfqanıstan əsilli ər özündən 10 yaş kiçik həyat yoldaşının yataq otağında başını kəsərək öldürüb.
7News.Az Haberler-ə istinadən xəbər verir ki, qanlı olayın ardınca polis idarəsinə gedən 38 yaşlı F.G. könüllü təslim olub.
Qeyd edək ki, qətl hadisəsi ötən gün səhər saat 10 radələrində qeydə alınıb.
7News.Az









