RU
“Arzum”un işində müstəntiq məhkəmədə dindiriləcək
17:50
29

“Arzum”un işində müstəntiq məhkəmədə dindiriləcək

Xəzər rayon Məhkəməsində yol qəzası zamanı bir nəfərin ölümü və bir nəfərin isə xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli bloger İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə müdafiə tərəfin vəsatətləri ilə davam edib. Məhkəmə tərkibi onlardan birini - iş üzrə istintaq aparan müstəntiqin məhkəməyə dəvət olunması barədə vəsatəti təmin edib və prosesin 11 iyuna təyin olunduğunu deyib.

Xatırladaq ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.

"Arzum 9999" ləqəbli bloger İlduzə Hacıyevanın törətdiyi qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə məsuliyyətə cəlb olunub.

İstintaq zamanı blogerin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. /Lent.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ