Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə saat 08:30-da rayonun Şüşəkənd kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, İran İslam Respublikasına məxsus "Volvo" markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Xəsarət alan olmayıb.
Hadisənin baş verməsinə ilkin səbəb kimi nəqliyyat vasitəsində yaranan texniki nasazlıq göstərilir.
Faktla bağlı araşdırma aparılır.








