RU
Avstraliyada sosial media ilə bağlı yeni məhdudiyyətlər gəlir
17:50
34

Avstraliyada sosial media ilə bağlı yeni məhdudiyyətlər gəlir


7News.az xəbər verir ki, Avstraliya hökuməti parlamentə onlayn xidmətlər, oyunlardan tutmuş süni intellekt əsaslı çatbotlara qədər minimum təhlükəsizlik standartlarının tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim edib. Sənəd sosial media şirkətlərinin uşaqları zərərli məzmundan qorumasını və istifadəçilərə alqoritmləri söndürmək imkanı verməsini tələb edir. Qaydaların pozulacağı təqdirdə isə 109,2 milyon Avstraliya dollarınadək cərimələr nəzərdə tutulur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ