7News.az xəbər verir ki, Çində bir kişi otelin bir mərtəbəsində yeni həyat yoldaşı ilə toy mərasimi keçirərkən, eyni vaxtda başqa bir mərtəbədə keçmiş sevgilisindən olan körpəsinin 100-cü gün qeyd etmə mərasimini təşkil edib. Hər iki tədbir eyni vaxtda baş tutduğu üçün ailələr oteldə qarşılaşıblar. Tərəflər arasında yaranan mübahisə tez bir zamanda fiziki davaya çevrilib və otel işçiləri polis çağırmaq məcburiyyətində qalıblar. Sosial mediada yayılan görüntülər böyük səs-küy yaradıb. Baş verənlər sanki bir film ssenarisindən götürülmüş kimi idi.








