RU
İraq ailəsinin qayığı çayda batdı: Bir uşaq həlak olub, ikisi isə itkin düşüb
16:20
31

İraq ailəsinin qayığı çayda batdı: Bir uşaq həlak olub, ikisi isə itkin düşüb


7News.az xəbər verir ki, Yunanıstana qeyri-qanuni yollarla keçmək məqsədilə Meriç çayını adlamağa çalışan beş nəfərlik İraq ailəsinin olduğu qayıq gecə saatlarında Ədirnənin Boşnaköy ərazisindəki NATO körpüsü yaxınlığında çevrilib. Ana, ata və onların 12 yaşlı qızı xilasetmə qrupları tərəfindən sahilə çıxarılıb. Lakin qız göstərilən tibbi müdaxiləyə baxmayaraq xəstəxanada dünyasını dəyişib. Hazırda çay axını ilə aparılan iki uşağın tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ