7News.az xəbər verir ki, ABŞ ordusunun Mərkəzi və Cənubi Amerikadakı fəaliyyətini genişləndirməyə hazırlaşdığı bildirilir. ABŞ mətbuatına açıqlama verən hərbi rəsmilər, 10-cu Dağ Diviziyasından 600 nəfərlik bir taborun Panamaya göndərilməyə başladığını və bu qüvvələrin daha sonra Kolumbiya və Hondurasda yerli qüvvələrlə birgə təlimlər keçirəcəyini qeyd ediblər.