RU
AŞ Bakı ofisi rəhbərinin fəaliyyət müddəti başa çatdı
17:25
388

AŞ Bakı ofisi rəhbərinin fəaliyyət müddəti başa çatdı

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Bakı ofisinin rəhbəri, xanım Draqana Filipoviçi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-dən 7news.Az-a verilən məlumata görə, görüşdə xanım Draqana Filipoviç diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov xanım Draqana Filipoviçə gələcək fəaliyyətində uğurlar arzulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ