Bu məqsədlə yaradılan "ASAN kadr” karyera mərkəzi fəaliyyət göstərdiyi 3 il ərzində 960 ASAN könüllüsünün işlə təmin olunmasına bilavasitə dəstək göstərib.
Hər bir könüllü www.asankadr.az portalında öz CV-sini yerləşdirməklə mövcud vakansiyalardan yararlana bilər.
Bu günə kimi portal vasitəsi ilə 1031 müəssisə qeydiyyatdan keçib.
ASAN könüllülərinin peşəkar kadr kimi yetişməsi istiqamətində fəaliyyət göstərən mərkəz bu günə kimi 25-dən çox təlim proqramı, yerli və beynəlxalq şirkətlərin iştirakı ilə Karyera sərgisi və SMM Business Breakfast kimi layihələr həyata keçirib.
7news.Az








