RU
“ASAN xidmət”in innovasiyaları BMT-nin Qazaxıstan tədbirində
12:16
79

“ASAN xidmət”in innovasiyaları BMT-nin Qazaxıstan tədbirində

1 iyul 2026-cı il tarixində Qazaxıstanın Almatı şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı çərçivəsində "Davamlı inkişaf naminə innovasiya və texnologiyalar” üzrə İşçi Qrupunun yeddinci sessiyası keçirilib.Tədbir BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası və Avropa İqtisadi Komissiyası tərəfindən təşkil olunub. Məqsəd dövlət xidmətlərində innovasiya və texnologiyalar sahəsində regional əməkdaşlığın gücləndirilməsi, qabaqcıl idarəetmə üzrə siyasət dialoqunun təşviqi, 2025–2026-cı illər ərzində görülmüş işlərin qiymətləndirilməsi və 2026–2027-ci illər üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi, BMT-nin Asiya-Sakit Okean İnformasiya Supermagistralı Rəhbər Komitəsinin Qabaqcıl Texnologiyalar və Ağıllı Dövlət Xidmətləri İşçi Qrupunun sədri Semral Əliyev ağıllı dövlət xidmətləri, vətəndaşyönümlü idarəetmənin uğurlu nümunəsi olan "ASAN xidmət" modeli, dövlət xidmətlərində tətbiq olunan süni intellekt həlləri, eləcə də açıq innovasiya platforması olan "ASAN AI Hub” barədə üzv dövlətlərin nümayəndələrinə təqdimat edib.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ