RU
ASGA Ukrayna nümayəndəliyinin sədri
12:36
2332

ASGA Ukrayna nümayəndəliyinin sədri

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfirliyi qarşısında cəbhə xəttində gedən döyüşlər zamanı həlak olmuş 12 şəhidimizin anım mərasimi keçiriləcək. Bu barədə məlumatı  “OLAYLAR”-a Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Ukrayna Nümayəndəliyinin rəhbəri Xəzri Abdullayev verib: “Biz bu aksiyamızla həm şəhidlərimizin xatirəsini uca tutduğumuzu nümayiş etdirəcək, həm də əsgərlərimiz, dövlətimiz, Ali Baş Komandanımızla həmrəy olduğumuzu göstərəcəyik. Çünki bu günlər birlik günüdür. Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğalda olan torpaqlarımızı azad etmək və bunun üçün qəhrəman və ya şəhid olmaq bizim üçün şərəfdir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ