Şabran Rayon İcra Hakimiyyəti yol infrastrukturunun yenilənməsi məqsədilə həyata keçirdiyi satınalma müsabiqəsinə yekun vurub.
32gun.az-ın verdiyi məlumata görə, hakimiyyət Şabran şəhərində yolların əsaslı təmiri işləri üzrə keçirilən tenderdə "İS.M.M." Məhdud Məsuliyyətli Cəmiyyətini (VÖEN: 1400006201) qalib elan edib. Bağlanan müqavilənin məbləği 445.433,48 AZN (445,4 min manatdan çox) təşkil edir.
32gun.az-ın əldə etdiyi digər əsas məlumata görə, qalib seçilən "İS.M.M." MMC-nin 37.287,83 AZN (37,2 min manatdan çox) məbləğində borcu mövcuddur.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Əlövsət Quliyev küçəsi, ev 98, mənzil 15 ünvanında hüquqi qeydiyyatda olan "İS.M.M." MMC 2 aprel 2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2.897.170 AZN (2,8 milyon manatdan çox) olan şirkətin qanuni təmsilçisi Nadir Bilman oğlu Xuduyevdir.
Qeyd edək ki, Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovdur








