RU
AŞPA məruzəçisi: “Səsvermə çox yaxşı təşkil olunub”
09:29
447

AŞPA məruzəçisi: “Səsvermə çox yaxşı təşkil olunub”

"Səsvermə başladığı andan səs vermək üçün növbədə çoxlu adamlar var”.

Bu sözləri referendumu müşahidə etmək üçün Azərbaycandan səfərdə olan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak deyib. O bildirib ki, səsverməyə qatılanlar arasında qadınlar üstünlük təşkil edir: "Biz Bakının mərkəzində olduq. Səsvermə prosesi çox yaxşı təşkil edilib. İndi Bakıdan kənara çıxmağı planlaşdırırıq”.

Xatırladaq ki, günün ilk saatlarında Stefan Şennak 29 saylı Səbail rayon seçki dairəsinin 4 saylı seçki məntəqəsində və 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 23 saylı seçki məntəqəsində olub. O, seçici siyahılarına nəzər salıb, səsvermə prosesini müşahidə edib, yerli müşahidəçilərin fikirlərini öyrənib./apa

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ