Astara rayonunda 60 yaşlı kişi mağazada ölüb.
7News.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Pensər kəndində baş verib. Kənd sakini 1966-cı il təvəllüdlü Həmidulla İbadulla oğlu Nəcəfov iyunun 24-də kənd ərazisində yerləşən mağazasında ürək çatışmazlığından ölüb.
Faktla bağlı Astara Rayon Prokurorluğu araşdırma aparır.








