RU
Fransada yanğınlar davam edir - Narıncı xəbərdarlıq edildi
11:40
57

Fransada yanğınlar davam edir - Narıncı xəbərdarlıq edildi

Parisdə havanın temperaturu 40,3 dərəcəyə, Bordo şəhərində 41,8 dərəcəyə, Cazaux bölgəsində isə 43,6 dərəcəyə çatıb.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, ölkə üzrə davam edən həddindən artıq isti hava şəraiti səbəbindən bu gün ölkədə qırmızı xəbərdarlıq elan edilib.

Bundan əlavə, Fransanın 48 bölgəsində meşə yanğınları riski ilə əlaqədar xəbərdarlıq səviyyəsi narıncıya yüksəldilib. 

Hazırda ölkə ərazisində 26 fərqli nöqtədə yanğın davam edir.

Yerli mətbuatın yaydığı xəbərlərə görə, Indre və Cher sərhədində yerləşən bir əkin sahəsində məhsul yığımı zamanı baş verən yanğın nəticəsində 110 hektar kənd təsərrüfatı sahəsi yanaraq məhv olub.

Təxminən 80 yanğınsöndürənin müdaxilə etdiyi yanğın dünən axşam nəzarət altına alınıb. Hadisə nəticəsində bir bina da dağılıb.

3 nəfərin ölümü ilə nəticələnən hadisələrin həddindən artıq istilərlə əlaqəli olduğu bildirilib.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ