RU
Astarada ŞOK OLAY: pensiya kartını vermədiyi üçün 76 yaşlı atasını döydü, bıçaqladı sonra...
18:16
557

Astarada ŞOK OLAY: pensiya kartını vermədiyi üçün 76 yaşlı atasını döydü, bıçaqladı sonra...

Astara rayon sakini atasını bıçaqlayıb.

7News.az "Report"a istinadən xəbər veirir ki, hadisə Astara şəhəri Nizami küçəsində Dadaşov Fərhad Xəlil oğlunun yaşadığı ünvanda baş verib.

Belə ki, yaxınlarının deməsinə görə, 76 yaşlı F.Xəlilovun oğlu ondan pensiya kartını tələb edib. Lakin, istədiyini əldə edə bilməyəndə atasını döyüb, onun sifət və baş nahiyələrinə zərbələr endirib. Qarının ön divarına nüfuz edən bıçaq zərbəsi yetirib.

Atasını bıçaqlayan oğulun əvvəllər məhkumluq həyatı yaşadığı, spirtli içki və narkotik vasitələrin istifadəçisi olduğu, buna oxşar hadisələrin bundan əvvəl də baş verdiyi söylənilir.

Yaralı Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ilkin tibbi müdaxilə olunub. Sonradan əlavə müayinə olunmasından ötrü təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Atasına bıçaq xəsarəti yetirən Xəlil Dadaşov saxlanılıb.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ