RU
Ağsuda məktəbli qardaşlara xəsarət yetirilib, saxlanılan var
13:50
27

Ağsuda məktəbli qardaşlara xəsarət yetirilib, saxlanılan var

Ağsuda bıçaqlanma hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında şəhər ərazisində məktəblərdən birinin idman meydançasında qeydə alınıb. Rayon sakini 34 yaşlı Dostəli Bağırovla 11-ci sinif şagirdi R.S. arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı D.Bağırov şagirdə kəsici alətlə, həmin vaxt köməyə gələn qardaşı -16 yaşlı A.S-ya isə əli ilə vuraraq xəsarət yetirib. Xəsarət alan qardaşlara tibbi yardım göstərilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törədən şəxs saxlanılıb.

D.Bağırovun Vətən müharibəsi qazisi olduğu bildirilir./apa

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ