Ağsu rayonunda meşədə yanğın törədən şəxs saxlanılıb.
Hadisə sentyabrın 28-də Ağsu rayonunun Kalva kəndində baş verib.
Kənd ərazisində yerləşən fermanın həyətində yanğın baş verib və yaxınlıqdakı meşə sahəsinə keçib. Nəticədə 30 hektar ərazidə ağac və kol-kos yanıb.
Polis əməkdaşları tərəfindən ehtiyatsızlıqdan yanğın törədən 1 nəfər müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.








