"ABŞ xüsusi xdimət orqanları, demək olar ki, Pablo Eskobarın narkobiznes partnyoruna çevrilmişdi...”
7News.az xəbər verir ki məşhur narkobaron Xuan Pablo Eskobarın oğlu "Pablo Eskobar cinayət başında” ("Pablo Escobar In Fraganti”) adlı yeni kitab yazıb. Xuan Sebastyan Marrokin adı ilə yaşayan Eskobar öz atasının Mərkəzi Amerikada komminizmə qarşı mübarizəni maliyyələşdirmək üçün Amerika Mərkəzi Kəşfiyyat İdarəsi(MKİ-CİA) ilə əməkdaşlıq edərək kokain satdığını etiraf edir.
"Narkobiznes sizin xəyal etdiyinizdən fərqlənir. MKİ daim narkotik ticarətini himayə edib. Bu qurum narkotiklərin ABŞ-a çatdırılmasına nəzarəti öz əlinə almaqla yaxşı iş qurur. Atam pulu təkcə özü qazanmırdı. Eskobar ona həmin pulları əldə etməyə şərait yaradan Amerika agentlikləri ilə işləyirdi. Atamın birbaşa MKİ ilə əlaqəsi var idi. Və MKİ-nin ən çox narkotikini də satan məhz atam olmuşdu” -deyə Marrokin müsahibəsində bildirir.

Narkobaronun oğlunun birinci kitabı Pablo Eskobarı insan və ata kimi təsvir edir. Yenicə Argentinada çıxmış ikinci kitabda isə narkobaronun beynəlxalq narkobiznes və korrupsiya ilə əlaqələrindən bəhs edilir. Məlum olur ki, hökumətlə çuğlaşmış Amerika xüsusi xidmət orqanları məşhur narkobaronun sözün birbaşa mənasında narkobiznes partnyoruna çevrilmiş olub. Bu da Eskobarın illərlə qanunları tapdayaraq hökumətin malik olduğu qədər hakimiyyətə malik olmasına şərait yaradıb.//moderator
7News.az








