Suriyada davam edən vətəndaş müharibəsi yaxın gələcəkdə başa çata bilər.
Bu barədə ABŞ-ın Dövlət katibi Con Kerri məlumat verib. Beynəlxalq Suriya Dəstək Qrupunun növbəti toplantısı öncəsi jurnalistlərin suallarını cavablandıran amerikalı diplomat bildirib ki, hazırda ən gərgin vəziyyət Hələbdə hökm sürür. Bununla yanaşı, o, qeyd edib ki, şəhərdə atəşkəs rejimi daha 48 saat uzadılıb. Atəşkəsin bütün Suriya ərazisində keçərli olması üçün Rusiya ilə razılıq əldə edildiyinji deyən Kerri ilkin mərhələdə Lazkiyə və Gutada silahların susdurulmasının nəzərdə tutulduğunu açıqlayıb. Dövlət katibi atəşkəs zamanı 5 maddədən ibarət yeni yol xəritəsinin də hazırlandığını qeyd edib. Açıqlamalara baxmayaraq, İŞİD ölkədə qan tökməkdə davam edir. Nüsra cəbhəsinin şəhəri atəşə tutması nəticəsində 4 nəfər dinc sakin həyatını itirib. Daha onlarla insan isə yaralanıb. Ölənlər arasında qadın və uşaq da var./atv.az
7News.Az








