“Bizim yanaşmamızı bilirsiniz”.
Avropa İttifaqı Ermənistanın yüksək vəzifəli şəxslərinin ölkənin nüvə silahına sahib olması barədə bəyanatlarını yoxlayacaq.
Bunu çərşənbə axşamı Brüsseldə brifinqdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin rəsmi nümayəndəsi Maya Kosyançiç bəyan edib.
“Mən bunu yoxlamalıyam. Bizim nüvə silahının yayılmamasına dair mövqeyimiz sizə bəllidir. Bizim yanaşmamızı bilirsiniz, o, aydındır. Amma mən bunu yoxlayacam”, - deyə M.Kosyançiç bildirib.
Xatırladaq ki, Ermənistanın sabiq baş naziri, deputat Qrant Baqratyanaprelin 29-da Ermənistanın nüvə silahının olduğunu bəyan edib.
“Bizim nüvə silahı yaratmaq üçün imkanlarımız var”, - o bəyan edib. Bundan sonra Baqratyan əlavə edib:
“Bizim nüvə silahımız var”./oxu
7news.Az








