RU
Avropa İttifaqı Kabildə nümayəndəlik açacaq
20:00
570

Avropa İttifaqı Kabildə nümayəndəlik açacaq

Avropa İttifaqı (Aİ) yaxın həftələrdə Kabildə nümayəndəlik açacaq.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Xidmətinin sözçüsü Nabila Massrali keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu qərar Taliban hərəkatının tanınması anlamına gəlməməlidir.

"Biz Avropa İttifaqının Kabildə minimal mövcudluğunu təmin etmək istəyirik. Bu aylar yox, həftələr tələb edir. Və bu bizim Talibanı tanımağımız anlamına gəlməli deyil”, - Aİ rəsmisi qeyd edib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ