RU
Avropa İttifaqı Qazaxıstandakı islahatları dəstəkləyir
16:50
360

Avropa İttifaqı Qazaxıstandakı islahatları dəstəkləyir

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

7NEWS.Az xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti "Twitter"də bildirib.
Mişelin sözlərinə görə, telefon danışığı zamanı o, Aİ-nin Qazaxıstanla daha möhkəm əlaqələrə sadiq olduğunu bildirib.

"Bugünkü geostrateji mühitdə Qazaxıstan açardır", - Aİ lideri vurğulayıb.

Aİ Şurasının Prezidenti əlavə edib ki, tərəflər Rusiyanın Ukraynaya qarşı müharibəsini də müzakirə ediblər.

"Aİ Qazaxıstandakı islahatları və onların dərinləşməsini dəstəkləyir”, - Şarl Mişel əlavə edib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ