RU
Avropa İttifaqı Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirləri 1 il müddətinə uzadıb
16:20
242

Avropa İttifaqı Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirləri 1 il müddətinə uzadıb


Avropa İttifaqı (Aİ) Şərqi Aralıq dənizində karbohidrogen kəşfiyyatı fəaliyyətlərini əsas gətirərək Türkiyənin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin 1 il müddətinə uzadılmasına qərar verib.

7NEWS.az xəbər verir ki, Avropa Şurasından verilən açıqlamada Türkiyənin Aralıq dənizində axtarış fəaliyyətlərinə icazə verilmədiyi iddiası ilə 2020-ci ilin fevral ayında iki Türkiyə vətəndaşı üçün qəbul edilən sanksiya qərarının 12 noyabr 2023-cü ilə qədər uzadıldığı bildirilib.

Türkiyə Neft Şirkətinin (TPAO) iki əməkdaşına qarşı Aİ məhdudlaşdırıcı tədbirlərinə səyahət qadağası, aktivlərin dondurulması və maliyyələşdirmə qadağasını nəzərdə tutulub.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ