Avropada supermarketlərin soyuducu qurğularına kiberhücum: Liftlər və svetoforlar da hədəf ola bilər
7News.az xəbər verir ki, Avropada supermarketlərin soyuducu qurğularını hədəf alan müəmmalı kiberhücumlar, internetə qoşulu kritik sistemlərin gələcəkdə üzləşə biləcəyi ciddi təhlükələri ön plana çıxarıb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, liftlərdən tutmuş svetoforlara qədər gündəlik həyatda istifadə olunan bir çox sistem oxşar təxribatlara qarşı həssasdır.