7NEWS.az xəbər verir ki, Avropa Birliyi ölkələri və Böyük Britaniyada 399 min 561 uşaq evsizdir. Sağlamlıq xidmətinə müraciət edə bilməyən evsiz uşaqlar astma və allergiya kimi xəstəliklərlə mübarizə aparır. Bəziləri məktəbə gedə bilmir. Məlumatlara görə, Avropada sığınacaq üçün müraciət edən müşayiətsiz uşaqların "evsiz qalma” ehtimalı daha yüksəkdir.








