RU
Avstraliya çimərliklərində 120 kiloqramdan çox narkotik tapılıb
10:50
14

Avstraliya çimərliklərində 120 kiloqramdan çox narkotik tapılıb

Avstraliyada yerli sakinlər bir neçə çimərlikdə böyük paketlərdə kokain tapıblar.
Hadisə Yeni Cənubi Uels ştatında baş verib.

Axşam saat səkkiz radələrində yerli sakin qumun üzərində şübhəli əşya aşkar edib. Hadisə yerinə gələn polis müəyyən edib ki, tapılmış iri bağlamada hər birinin çəkisi bir kiloqram olan 39 bağlama narkotik vasitə olub.

Bundan sonra başqa bir avstraliyalı Sidneyin şimal çimərlikləri yaxınlığında daha 39 bağlama tapıldığını bildirib. Digər oxşar yerlərdə daha bir neçə bağlama aşkarlanıb.

Ümumilikdə 124 kiloqram kokain aşkar edilib. Bütün bağlamalar ekspertizaya göndərilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ