lombard

Avstraliyada dəvələrdən sonra dəvəquşular da şəhərlərə hücum etdi - Video

Avstraliyada dəvələrdən sonra dəvəquşular da şəhərlərə hücum etdi - Video

Avstraliyada baş verən böyük yanğınlar vəhşi heyvanların yem axtarması üçün məkanlarını dəyişmələrinə səbəb olub.

 

Bir neçə gün öcə dəvələrin insanların yaşadığı ərazilərə su üçün hücum çəkməsi və nəticədə Avstraliya hökumətinin 10 min dəvənin öldürülməsi barədə qərar qəbul etdiyini xəbər vermişdik.

7News.Az xəbər verir ki, dünən isə ölkənin qərbində yerləşən Nannap şəhərinə dəvəquşu dəstələri hücum edib. Boyu 2 metrə, çəkisi 55 kiloqrama çatan vəhşi quşlar yerli sakinlər üçün təhlükəlidir. Onlar bağ və bostanlara hücum çəkir, əkin tarlalarını məhv edirlər. Eyni zamanda insana hücum etməkdən çəkinməyən bu quşların ayaq zərbələri at ayağının zərbəsi qədər güclüdür.

Lakin, maraqlıdır ki, Nannap şəhərinin sakinləri dəvəquşlarına münasibətdə iki yerə bölünüblər. Bir qrup insan vəhşi təbiətlə insanın yaxınlaşmasını müsbət hal adlandırır, bəziləri isə onların təhlükəli olduğunu düşünür. Şəhər meriyası hələ ki, quşların işğalından Nannapı azad edə bilməyib.

 

 

7News.Az

Xəbər lenti