RU
12:36
108

"Sizin “siyasi mübarizəniz” ancaq xəyanətdən ibarətdir!" - Kamran Bayramov

Bu nə biabırçılıqdır, bu nə həyasızlıqdır?! Avropanın küçələrində sığınacaq almaq, qrant dilənmək üçün öz dövlətini, öz xalqını xarici mərkəzlərə və hətta düşmən dairələrə satan söyüşçü "bloger”lər nə vaxta qədər özlərini "müxalifətçi” kimi qələmə verəcəklər?

Almaniyada rəsmi heyətimizin, Prezidentin köməkçisi Hikmət Hacıyevin və xarici işlər naziri Ceyhun Bayramovun qarşısına keçib ssenarisi xaricdə yazılmış şou göstərən bu adamların məqsədi heç zaman həqiqət olmayıb! Hikmət Hacıyev çox dəqiq sual verir: "Siz orada hansı statusla yaşayırsınız, kimin pulu ilə maliyyələşirsiniz?” Bəli, cavab verin görək! Azərbaycandan qaçıb xarici xüsusi xidmət orqanlarının əlində oyuncaq olmaq, səhərdən-axşama kimi sosial şəbəkələrdə öz dövlətinə, xalqının nümayəndələrinə böhtan atmaq və söyüş söymək nə vaxtdan "mübarizə” olub? Sizin "siyasi mübarizəniz” ancaq xəyanətdən ibarətdir!

Sizin nə mənəviyyatınız var, nə də Vətən sevginiz! Siz mübarizə aparmırsınız, siz sadəcə sifariş yerinə yetirirsiniz. Öz ölkəsinə, öz xalqına xəyanət edib xaricdə ağalarının əlini öpənlərin bu dövlətə, bu millətə dərs keçməyə mənəvi haqqı yoxdur! Rəsmi şəxslərimizin təmkinli, savadlı və yerində verdiyi layiqli cavablar isə bir daha göstərdi ki, bu cür ucuz təxribatlarla Azərbaycanın suverenliyinə və imicinə kölgə sala bilməzsiniz!

Xalqımız kimin Vətən üçün çalışdığını, kimin isə xaricdən dilənçi payı almaq üçün ölkəsini satdıqlarını çox yaxşı görür!

Kamran Bayramov
Milli Məclisin deputatı

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ