RU
REGİONAL EXPO GƏNCƏ 2026 QƏRB REGIONUNUN İQTİSADİ POTENSİALINI BİRLƏŞDİRİR
21:43
42

REGİONAL EXPO GƏNCƏ 2026 QƏRB REGIONUNUN İQTİSADİ POTENSİALINI BİRLƏŞDİRİR


 

100-dən çox müəssisə, 10.000-dən artıq ziyarətçi və yeni biznes əlaqələri. REGİONAL EXPO GƏNCƏ 2026 sahibkarlar üçün yeni imkanların qapısını açır.

20–21 noyabr 2026-cı il tarixlərində Gəncə İdman Sarayında keçiriləcək REGİONAL EXPO GƏNCƏ 2026 – Sahibkarların Təqdimat Sərgisi Qərb regionunun iqtisadi potensialını tanıtmaq, Bakı ilə regionlar arasında biznes əlaqələrini gücləndirmək və yeni əməkdaşlıqlar yaratmaq məqsədi daşıyır.

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə TECHERA və GBARU tərəfindən təşkil olunan tədbirin rəsmi tərəfdaşı Azərbaycan Dövlət Aqrar Universitetidir.

Sərgi çərçivəsində sahibkarları və biznes nümayəndələrini məhsul və xidmət təqdimatları, B2B, B2G və B2U görüşləri, investisiya və tərəfdaşlıq imkanları, eləcə də müqavilələrin imzalanması üçün xüsusi Contract Zone gözləyir.

REGİONAL EXPO GƏNCƏ 2026 şirkətlərə yeni müştərilər qazanmaq, potensial investorlarla görüşmək, yeni bazarlara çıxış imkanlarını araşdırmaq və biznes əlaqələrini genişləndirmək üçün əlverişli şərait yaradacaq.

Biznesinizi daha geniş auditoriyaya təqdim etmək üçün stendinizi indidən rezerv edin.

 Tarix: 20–21 noyabr 2026

 Məkan: Gəncə İdman Sarayı

 Əlaqə: +994 70 740 88 40

 E-poçt: [email protected]

 Stend qeydiyyatı: https://techera.az/tedbirler/regional-expo-gence-2026/muessise-qeydiyyati

 

 


 


 


 

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ