RU
Qeyri-qanuni qızıl mədənində uçqun: 14 nəfər həyatını itirdi
16:50
29

Qeyri-qanuni qızıl mədənində uçqun: 14 nəfər həyatını itirdi

7News.az xəbər verir ki, Kolumbiyanın cənub-qərbində qeyri-qanuni qızıl mədənində baş verən uçqun nəticəsində 14 nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb. Axtarış-xilasetmə əməliyyatları davam edir. Məlumatlara görə, yeraltında hələ də qalan mədənçilər ola bilər. Ölənlərin sayının artacağı ilə bağlı narahatlıqlar var. Ötən ilin avqust ayında həmin bölgədə baş verən oxşar faciə də 13 nəfərin həyatına son qoymuşdu.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ