7NEWS.az xəbər verir ki, Dekabrın 25-də Avstraliyanın Yeni Cənubi Uels, Viktoriya və Kvinslend ştatlarını vuran şiddətli tufan və yağış təsirini davam etdirir. Fırtına nəticəsində evlərin damları uçub, ağaclar və elektrik xətləri uçub. Bildirilib ki, 90 mindən çox ev işıqsız qalıb. Kvinslend polisindən verilən açıqlamada, fırtına zamanı Moreton körfəzindəki Green Island yaxınlığında içərisində 11 nəfərin olduğu yaxtanın çevrilməsi nəticəsində 3 nəfərin öldüyü açıqlanıb. Ştatın mərkəzi Brisben şəhərinin şimalındakı Gympie qəsəbəsi yaxınlığında yağış suyu kanalına sürüklənən 2 qadının ölü tapıldığı bildirilib.
7NEWS.az








