Avstraliyada yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.
"Beechcraft King Air 200” təyyarəsinin Melburn yaxınlığındakı Essendon şəhəri aeroportu yaxınlığında "DFO” ticarət mərkəzinin damına çırpılması nəticəsində onun göyərtəsindəki pilotun və sərnişinlərin hamısı ölüb.
Şahidlərin sözlərinə görə, təyyarə zərbədən partlayıb.
Qeyd edək ki, Viktoriya ştatının polis nümayəndəsi təyyarədə 5 nəfərin olduğunu təsdiqləyib./milli.az
7news.Az








