7NEWS.az xəbər verir ki, Avstraliyanın ABC Yayım Korporasiyasının məlumatına görə, Kvinslend, Viktoriya və Yeni Cənubi Uels (NSW) ştatlarında fırtına, leysan, dolu və daşqınlar təsirli olub. Kvinslend və Viktoriya ştatlarında fırtına zamanı iki ağacın aşması nəticəsində iki nəfər ölüb. Elektrik paylama şirkəti Energex Kvinslenddə təxminən 1000 xəttin zədələnməsi nəticəsində 120 mindən çox abonentin kəsildiyini açıqlayıb. Əyalət səlahiyyətliləri, Kvinslend ştatının cənub-şərqində 24 saat ərzində 280 min ildırım düşdüyünü və 10 santimetri keçən "nəhəng dolu"nun görüldüyünü bildirdi.
7NEWS.az








