RU
Avtobus dərəyə aşdı
17:00
1091

Avtobus dərəyə aşdı

Peruda növbəti dəfə ciddi insan tələfatı ilə nəticələnən qəza baş verib.

7News.Az bildirir ki, bir neçə saat fərqlə iki avtobusun yoldan çıxaraq dərəyə yuvarlanması nəticəsində 30-a yaxın insan həlak olub. Yaralanan onlarla sərnişin yaxınlıqdakı xəstəxanalarda həkim nəzarətinə götürülüb. Faciənin dəqiq səbəbləri məlum olmasa da, hər iki hadisəyə sürücü məsuliyyətsizliyinin yol açdığı güman edilir.

Qeyd edək ki, Peruda avtobus qəzaları son vaxtlar adi hal almağa başlayıb. Buna kəskin dönüşlü dağ yollarının ensiz olması səbəb olur. Çox vaxt dönmə əməliyyatı zamanı sürücülər sükana nəzarəti itirir və nəqliyyat vasitələri yüksək hündürlükdən dərəyə yuvarlanır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ