Peruda dəhşətli qəza baş verib. And dağları yaxınlığında hərəkət edən sərnişin avtobusu uçuruma yuvarlanıb.
7News.Az xəbər verir ki, hadisə nəticəsində 29 nəfər ölüb, 22 nəfər yaralanıb.
Qəzadan sağ çıxan bəzi sərnişinlər, avtobusun yolda qayaya çırpıldığını və Rimak çayının yerləşdiyi 200 metrlik uçuruma düşdüyünü söyləyiblər.
Məsələ ilə bağlı açıqlama verən polis məmuru Sesar Servantes qəzanın səbəbinin diqqətsizlik və sürücünün sürət həddini aşaraq avtobusu idarə etməsi olduğunu bildirib.








