Avtobusun boş olmasından istifadə edən sürücü tək qalan qadın sərnişinə əxlaqsızlıq təklif edib.
Türkiyənin Manisa şəhərində avtobusun boş olmasından istifadə edərək tək qalan 18 yaşlı qıza pul uzadarkən "gəl, bir dəfə öpüm səni" deyən sürücü işdən qovulub.
Avtobusdan qaçaraq düşən qız anasına xəbər verib. Qadın avtobusun təhlükəsizlik kamerasına düşən görüntüləri polisə verib. Sürücü vəzifəsindən azad edilib.
7News.Az








